Hindistanda “Samsung” şirkətinin tətil edən 250-yə yaxın işçisi saxlanılıb
sizinxeber.az xəbər saytı

Hindistanda “Samsung” şirkətinin tətil edən 250-yə yaxın işçisi saxlanılıb


Hindistanın cənubundakı Tamilnad ştatının Kançipuram rayonunda polis “Samsung India Electronics Ltd” şirkətinin zavodu iflic edən tətilə qoşulmuş 250-yə yaxın işçisini saxlayıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə NDTV telekanalı yerli polisə istinadən xəbər yayıb.

Məlumata görə, etirazçılar guya şəxsi torpaq sahələrini zəbt ediblər və icazəsiz aksiya keçirirlər. Bununla belə, işçilər əraziyə toplaşaraq etiraz aksiyası keçirmək üçün torpaq sahibindən icazə aldıqlarını iddia edirlər.

Bildirilir ki, işçilər bir sıra tələblər, o cümlədən təşkil etdikləri həmkarlar ittifaqının tanınması, əmək haqlarının artırılması və digər güzəştlər tələbi ilə çıxış edirlər.

Tamilnad ştatının maliyyə naziri Tanqam Tennarasu tətili dayandırmaq üçün Hindistan Həmkarlar İttifaqları Mərkəzinə (CITU) məktub yazıb.

Xatırladaq ki, “Samsung”un Hindistandakı törəmə müəssisəsində sentyabrın 9-da başlayan etirazlar Hindistanda son illərin ən böyük əmək aksiyası və əmək mübahisəsinə çevrilib. Bu, Cənubi Koreya məişət texnikası istehsalçısının Hindistanda 2023-cü ildəki 12 milyard dollarlıq satışlarının təxminən beşdə birini təşkil edən “Samsung” zavodunun 1 750 işçisindən 1 100-ünü əhatə edir.

Oxşar xəbərlər

Modi: Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb - YENİLƏNİB
Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 277 nəfərə çatıb
Banqladeşdə etiraz aksiyasında 15 nəfər yaralanıb
Hindistanda torpaq sürüşməsində azı 41 nəfər həlak olub
Hindistanda kimya zavodunda reaktor partlayıb, ölənlər var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər