Tramp və Bəhreyn kralı Yaxın Şərqdə sülhü müzakirə ediblər
ABŞ prezidenti Donald Tramp və Bəhreynin Kralı Şeyx Həməd bin İsa Al Xəlifə Yaxın Şərqdə sülh və “İbrahim razılaşmaları”nı müzakirə ediblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Bu gün, yanvarın 26-da Prezident Donald Tramp Bəhreynin Kralı Şeyx Həməd bin İsa Al Xəlifə ilə telefon danışığı aparıb. Kral prezident Trampı andiçmə mərasimi münasibətilə təbrik edib, liderlər regionda sülh və təhlükəsizliyə dəstək, o cümlədən “İbrahim razılaşmaları” vasitəsilə sülhün bərqərar olması üçün işi müzakirə ediblər”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, 2020-ci ildə İsrailin BƏƏ və Bəhreyn ilə münasibətlərini normallaşdırmaq üçün “İbrahim razılaşması” əldə edilib. Daha sonra Sudan və Mərakeş İsraillə münasibətlərin normallaşdığını elan ediblər. Bu müqavilələr bağlanmazdan əvvəl yəhudi dövlətinin ərəb ölkələri arasında yalnız Misir və İordaniya ilə diplomatik əlaqələri olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bəhreyn Kralını təbrik edib
Netanyahu Trampla telefon danışığı aparıb
Tramp Qəzza sakinlərinin ərəb ölkələrində yerləşdirilməsini mümkün hesab edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
