ABŞ-nin Kolumbiyadakı səfirliyi viza verilməsini dayandırıb
Amerika Birləşmiş Ştatlarının Kolumbiyadakı səfirliyinin konsulluq şöbəsi viza verilməsini müvəqqəti dayandırıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, Kolumbiya Prezidenti Qustavo Petro əvvəllər icazə verdiyi iki repatriasiya uçuşunu qəbul etmədiyinə görə ABŞ dövlət katibi Marko Rubio dərhal ABŞ səfirliyinin Boqotadakı konsulluq şöbəsində vizanın verilməsinin dayandırılması barədə göstəriş verib.
ABŞ bununla deportasiya edilmiş miqrantları qəbul etməkdən imtina edən kolumbiyalı məmurlara və rəsmi şəxslərə səyahət məhdudiyyətləri qoyub. Sözügedən məhdudiyyətlər onların ailə üzvlərinə də şamil olunacaq.
Oxşar xəbərlər
Qustavo Petro deportasiya olunan kolumbiyalıları daşıyan ABŞ təyyarələrini ölkəyə buraxmayacaq
ABŞ Gürcüstanda 20-yə yaxın şəxsə qarşı viza məhdudiyyətləri tətbiq edəcək
ABŞ-yə etiraz Kolumbiyaya baha başa gəlib
Kolumbiya İsrailə kömür tədarükünü dayandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
