ABŞ-yə etiraz Kolumbiyaya baha başa gəlib
ABŞ hökuməti Kolumbiyadan idxal olunan mallara əlavə 25% rüsum tətbiq edəcək.
“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sahibi olduğu “Truth Social”da yazıb.
“Kolumbiyadan ABŞ-a daxil olan bütün mallar üçün 25% fövqəladə rüsumlar tətbiq ediləcək. Bir həftə ərzində 25%-lik tariflər 50%-ə qaldırılacaq”, - o vurğulayıb.
Bundan əlavə, Birləşmiş Ştatlar Kolumbiya rəsmiləri və digər rəsmi şəxslərin ölkəyə girişinə məhdudiyyətlər, bank və maliyyə sisteminə sanksiyalar, habelə Kolumbiya hökumətini dəstəkləyən şəxslərə viza məhdudiyyətləri tətbiq edəcək.
ABŞ prezidenti həmçinin milli təhlükəsizlik məqsədilə Kolumbiya vətəndaşları və yükləri üzərində sərhəd və gömrük nəzarətini gücləndirməyi əmr edib:
“Bu tədbirlər yalnız başlanğıcdır. Biz Kolumbiya hökumətinin ABŞ-a qovulmuş cinayətkarları qəbul etmək və geri qaytarmaq üçün qanuni öhdəliklərini pozmasına icazə verməyəcəyik”.
Qeyd edək ki, Kolumbiya prezidenti Qustavo Petro deportasiya edilən kolumbiyalıları daşıyan ABŞ təyyarələrinin ölkəyə enməsini qadağan edib.
Oxşar xəbərlər
ABŞ Kolumbiya mallarının idxalına əlavə rüsumlar tətbiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kolumbiya Prezidenti ölkədə fövqəladə vəziyyət elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Avropa İttifaqı ölkələrini hədələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kolumbiya Prezidenti terrordan sonra üsyançıların mövqelərinin bombardmanına icazə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kolumbiya prezidenti korridanı qadağan edən qanun layihəsini imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













