Kolumbiya İsrailə kömür tədarükünü dayandırıb
sizinxeber.az xəbər saytı

Kolumbiya İsrailə kömür tədarükünü dayandırıb


Kolumbiya Prezidenti Qustavo Petro İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlara görə bu ölkəyə kömür tədarükünü dayandıran fərman imzalayıb.

"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq sənəd Cənubi Amerika respublikası hökumətinin saytında dərc olunub.

“İsrailə kömür ixracı qadağandır”, - fərmanda deyilir. Qadağa sənədin dərc edildiyi gündən beş gün sonra qüvvəyə minəcək.

Sərəncamda qeyd edildiyi kimi, 2023-cü ilin yanvar-avqust aylarında Kolumbiya İsrailə 375 milyon dollar dəyərində mal və xammal tədarük edib ki, bunun da əhəmiyyətli hissəsini kömür təşkil edib.

Sənəddə deyilir: “İsrail enerji istehsalı üçün böyük ölçüdə kömürdən asılıdır və əlavə olaraq bu xammaldan hərbi məqsədlər üçün istifadə edir”.

İyun ayında Petro Qəzza zolağında əməliyyatlar bitənə qədər İsrailə kömür ixracını dayandıracağını açıqlamışdı.

Oxşar xəbərlər

Kolumbiya Qəzzaya görə İsrailə kömür tədarükünü dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qanunsuz kömür istehsal edənlər cəzalandırıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Məhkəməsi Türkiyənin İsrailə qarşı prosesə qoşulmasını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kolumbiya prezidenti korridanı qadağan edən qanun layihəsini imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: ABŞ İsrailə silah alışı üçün 3,5 milyard dollar verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər