İsmayıllıda meşə ərazisində külli miqdarda narkotik aşkarlanıb
sizinxeber.az xəbər saytı

İsmayıllıda meşə ərazisində külli miqdarda narkotik aşkarlanıb


İsmayıllı rayonunda meşə ərazisində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 44 yaşlı Rəşad Mazanov saxlanılıb. Ondan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə meşəlik ərazidə gizlətdiyi müəyyən olunub.

Keçirilən digər əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 36 yaşlı Paşa Usubov tutulub. Onun yaşadığı ünvandan 31 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarlanıb
Polis Göyçayda əməliyyat keçirib, 12 kiloqram narkotik aşkarlanıb
Polis Göyçayda əməliyyat keçirilib, 12 kiloqram narkotik aşkarlanıb
Polis Yardımlıda əməliyyat keçirib, 20 kiloqram narkotik aşkarlanıb
Balakəndə evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs tutulub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər