ABŞ Gürcüstanda 20-yə yaxın şəxsə qarşı viza məhdudiyyətləri tətbiq edəcək
sizinxeber.az xəbər saytı

ABŞ Gürcüstanda 20-yə yaxın şəxsə qarşı viza məhdudiyyətləri tətbiq edəcək


ABŞ hakimiyyəti Gürcüstanda 20-yə yaxın şəxsə “demokratik normaları pozduqları” üçün viza məhdudiyyəti tətbiq edəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yaydığı yazılı açıqlamada deyilir.

Qeyd olunub ki, viza məhdudiyyəti Gürcüstan hökumətində nazir vəzifələrində çalışanlar, parlament üzvləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşları, habelə ayrı-ayrı şəxslərə şamil olunacaq. Açıqlamada şəxslərin adları və vəzifəsi göstərilməyib.

Bəyanatda deyilib ki, Amerika Birləşmiş Ştatları sanksiyalar da daxil olmaqla əlavə tədbirlər də hazırlayır. Departament aydınlaşdırıb ki, əvvəllər Amerika tərəfi artıq 100-dən çox insanı əhatə edən məhdudiyyətlər tətbiq edib. Bunlar “Gürcü Arzusu” partiyası ilə əlaqəli insanlar, eləcə də onların ailə üzvləridir.

Oxşar xəbərlər

ABŞ Gürcüstanda bir sıra məmurlara qarşı viza məhdudiyyəti tətbiq edir
ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib
ABŞ Rusiya hakimiyyətinin 17 nümayəndəsinə viza məhdudiyyəti tətbiq edib
KİV: ABŞ “Gürcü Arzusu” partiyasının təsisçisinə qarşı sanksiyalar hazırlayır
ABŞ Çinin bir sıra strukturlarına sanksiyalar tətbiq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər