ABŞ BMT-də səsvermə hüququnu itirə bilər
“ABŞ-nin BMT-yə borcu 2,8 milyard dollardır. Bunlardan 1,5 milyard dolları dünya təşkilatının əsas büdcəsinə olan borcdur”.
“Sizinxeber.az” xəbər verir ki, bunu BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq deyib.
Hak xatırladıb ki, dünya təşkilatının təsdiq edilmiş qaydalarına əsasən, əgər ölkənin borcu iki il ərzində BMT-nin adi büdcəsinə tələb olunan töhfələrin məbləğindən artıq olarsa, ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirir. BMT Baş Assambleyasının təsdiq etdiyi 2025-ci il üçün müntəzəm büdcəsi 3,72 milyard dollardır.
O əlavə edib ki, pandemiyalarla mübarizədə beynəlxalq əməkdaşlıq vacib olduğu üçün ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxması narahatıq doğurur.
Oxşar xəbərlər
Gürcüstanın xarici dövlət borcu 9 milyard dolları keçib
Ukraynanın gələn il dövlət borcu 38,6 milyard dolları keçəcək
Gürcüstanın xarici dövlət borcu ilk dəfə 9 milyard dolları keçib
BMT-nin 2024-cü il üçün büdcəsi təsdiqlənib
Pentaqonun gələn il üçün büdcəsi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin







