Azərbaycan nümayəndə heyəti FİS-in Beynəlxalq Xizək Konqresində iştirak edib
Serbiyanın paytaxtı Belqradda Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FİS) ali qərarverici platforması olan Beynəlxalq Xizək Konqresinin 57-ci iclası keçirilib.
"Report" xəbər verir ki, iki ildən bir təşkil olunan tədbirdə 80-ə yaxın ölkədən 300-dən çox nümayəndə iştirak edib. Konqresdə Azərbaycanı Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev, federasiyanın vitse-prezidenti Florian Sengstschmid və baş katib Günel Bədəlova təmsil ediblər.
Konqres çərçivəsində Aleksandr Oşpelt Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti seçilib. Eyni zamanda, təşkilatın 18 nəfərdən ibarət yeni Şurasının tərkibi formalaşdırılıb.
Tədbir zamanı FİS-in gələcək fəaliyyət istiqamətləri, strateji prioritetləri, eləcə də qış idman növlərinin inkişafına dair mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Xatırladaq ki, ötən il Beynəlxalq Xizək və Snoubord Federasiyası ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növlərinin inkişafı, həmçinin Azərbaycanın nüfuzlu beynəlxalq qış idman yarışlarına ev sahibliyi imkanlarının genişləndirilməsi məqsədilə 5 illik tərəfdaşlıq müqaviləsi imzalanıb.
Saziş çərçivəsində qış turizmi infrastrukturunun təkmilləşdirilməsi, Azərbaycanın xarici turistlər üçün daha cəlbedici qış turizmi məkanına çevrilməsi, eləcə də "Şahdağ" Turizm Mərkəzində beynəlxalq xizək yarışlarının təşkili istiqamətində birgə əməkdaşlıq nəzərdə tutulur.
Oxşar xəbərlər
Fuad Nağıyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının konqresində iştirak edəcək
Azərbaycan Beynəlxalq Xizək və Snoubord Federasiyası ilə tərəfdaş olub
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidentini qəbul edib
Qış İdman Növləri Federasiyasının baş katibi: "Bizim üçün bu tədbir önəmli idi"
Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
