Gürcüstanın xarici dövlət borcu ilk dəfə 9 milyard dolları keçib
sizinxeber.az xəbər saytı

Gürcüstanın xarici dövlət borcu ilk dəfə 9 milyard dolları keçib


Gürcüstanın xarici dövlət borcu sentyabrın sonuna 9,03 milyard dollar təşkil edib və ilk dəfə 9 milyard dollar həddini keçib.

“Report” xəbər verir ki, bu, Gürcüstan Maliyyə Nazirliyinin saytında dərc edilmiş məlumatlarda öz əksini tapıb.

Məlumata əsasən, Gürcüstanın dövlət borcu bir ay əvvəlki göstərici ilə müqayisədə 43,4 milyon dollar artıb. Ələlxüsus, Avropa İnvestisiya Bankına olan borc 9,1 milyon dollar, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına olan borc isə 17 milyon dollar artıb. Gürcüstanın dövlətlərə olan borcları arasında ən böyük borc sahibi olan Fransaya olan borcu 1,6 milyon dollar artaraq 814,5 milyon dollardan çox olub. Almaniyaya olan borcu 7,2 milyon dollar artaraq 617,6 milyon dollar təşkil edib. Gürcüstanın Rusiyaya olan borcu dəyişməz qalaraq 7,8 milyon dollar təşkil edib.

İl ərzində Gürcüstanın dövlət borcu 580,7 milyon dollardan çox artıb, o cümlədən ölkənin Asiya İnkişaf Bankına olan borcu 216,3 milyon dollar, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına olan borcu isə 220,4 milyon dollar artıb.

Oxşar xəbərlər

Ukraynanın gələn il dövlət borcu 38,6 milyard dolları keçəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın altı ayda turizmdən əldə etdiyi gəlir rekord həddə – 1,9 milyard dollar təşkil edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vladimir Putin: ABŞ-nin dünya iqtisadiyyatına 54 trilyon dollardan çox borcu var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya Bankı Livana 100 milyon dollar yardım ayıra bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyanın daxili dövlət borcu ötən il rekord həddə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər