Əş-Şəraa Suriyanın Livandakı vəziyyətə müdaxilə planlarının olmadığını bəyan edib
sizinxeber.az xəbər saytı

Əş-Şəraa Suriyanın Livandakı vəziyyətə müdaxilə planlarının olmadığını bəyan edib


Suriya Prezidenti Əhməd əş-Şəraa Dəməşqin Livandakı vəziyyətə müdaxilə etmək niyyətində olmadığını, daxili humanitar və siyasi problemlərinin həllinə diqqət yetirdiyini bəyan edib.

Bu barədə "Report" Yaxın Şərq mediasına istinadən xəbər verir.

Məlumata görə, əş-Şəraa Suriyanın Livandakı hərbi əməliyyatlarda iştirakı barədə yayılan xəbərləri təkzib edərək Dəməşqin hazırkı yanaşmasının münaqişəyə cəlb olunmağa deyil, müharibənin dayandırılmasına töhfə verməyə yönəldiyini vurğulayıb.

Onun sözlərinə görə, müharibənin nəticələri və suriyalı qaçqınlar böhranı Suriya hakimiyyətinin prioriteti olaraq qalır. O, Livanda təxminən 1,4 milyon suriyalı qaçqının olduğunu deyib və onların vətənə qayıdışını əsas vəzifələrdən biri adlandırıb.

Əş-Şəraa həmçinin bəyan edib ki, Suriya-Livan sərhədinin demarkasiyası hazırda birinci dərəcəli məsələ deyil, çünki həll tələb edən daha təcili problemlər mövcuddur.

Qeyd edək ki, Əhməd əş-Şəraa ABŞ Prezidenti Donald Trampın dəvəti ilə iyunun 14-də Vaşinqtona səfər etməyi planlaşdırır.

Oxşar xəbərlər

Əş-Şəraa Suriyanın ərazi bütövlüyünü bərpa edəcəyinə söz verib
Əl-Colani: Suriya ikinci Əfqanıstan olmayacaq
Suriya Prezidenti ölkəsinin müharibəyə hazır olduğunu bəyan edib
KİV: Suriya Prezidenti Küveyti ziyarət edəcək
Tramp Suriyanın müvəqqəti prezidenti ilə Səudiyyə Ərəbistanında görüşməyə razılaşıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər