ABŞ dövlət katibindən Ukrayna ilə bağlı ilk açıqlama: Müharibə başa çatmalıdır
“Ukraynada müharibə başa çatmalıdır. Vəziyyət dalana dirənib”.
“Sizinxeber.az” UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib.
Onun sözlərinə görə, Rusiya- Ukrayna müharibəsinə son qoymaq ABŞ-nin rəsmi siyasətinin tərkib hissəsi olacaq: "Bu, Ukraynaya, eləcə də Rusiyaya və Avropanın sabitliyinə böyük ziyan vuran mürəkkəb, faciəli müharibədir. Bu problemləri həll etməyin yeganə yolu praqmatizmə qayıtmaqdır”.
Qeyd edək ki, bu, M.Rubionun dövlət katibi kimi Ukrayna ilə bağlı ilk açıqlamasıdır.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ Prezidenti Donald Tramp müharibəni bu il bitirmək üçün çalışacağını deyib. Zelenski isə daha əvvəl söyləyib ki, müharibənin bu il başa çatması üçün mümkün olan hər şeyi edəcək.
Oxşar xəbərlər
Zelenski: Ukrayna müharibəni bitirəcək diplomatk vəziyyətə yaxınlaşmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Ukrayna müharibəni bitirəcək diplomatik vəziyyətə yaxınlaşmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna keçən il elan edilən hərbi yardımları hələ də ala bilməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken: Tramp Ukrayna üçün yaxşı sövdələşməyə nail ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Slovakiyanın Baş naziri: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












