Slovakiyanın Baş naziri: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edə bilər
sizinxeber.az xəbər saytı

Slovakiyanın Baş naziri: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edə bilər


Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqlara ev sahibliyi edə bilər.

“Report” xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiço Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, Türkiyənin proseslərdəki rolunu yüksək qiymətləndirib.

Baş nazir, həmçinin əlavə edib ki, müharibənin hərbi yolla həlli yoxdur.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp daha əvvəl bildirib ki, o, müharibənin bu il başa çatması üçün çalışacaq. Ukrayna Prezidenti Volodimir Zelenski isə müharibənin cari ildə bitməsi üçün lazım olan hər şeyi edəcəyini söyləyib.

Oxşar xəbərlər

Tramp: Rusiya - Ukrayna müharibəsi altı aya bitə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər, siqnallar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Rusiya ilə Ukrayna arasında sülh aprelin 20-nə qədər əldə edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Zelenski Trampın komandasına Rusiya ilə sürətli danışıqların təhlükələri barədə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Slovakiyanın Baş naziri: Qərb gələcəkdə Ukraynanı qurban verə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər