Blinken: Tramp Ukrayna üçün yaxşı sövdələşməyə nail ola bilər
ABŞ-nin yeni seçilmiş prezidenti, respublikaçıların lideri Donald Tramp Ukrayna üçün yaxşı sövdələşməyə nail ola bilər.
“Sizinxeber.az” Almaniyanın telekanalına istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.
O bildirib ki, Tramp iqtidarı yaxşı və güclü sülh sazişi üçün çalışacaq: “Əminəm ki, ukraynalılar istəsə, yeni administrasiya əlverişli sazişin bağlanmasına kömək edə biləcək”.
Bundan əlavə, Blinken ABŞ-nin hazırkı Prezidenti Cozef Baydenin administrasiyası və digər beynəlxalq tərəfdaşları sayəsində Rusiyanın Ukraynanı özünə tabe edə bilmədiyini də vurğulayıb.
Qeyd edək ki, Tramp daha əvvəl hakimiyyətə gələndən etibarən 100 gün ərzində müharibəni bitirmək üçün çalışacağını bildirmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski isə savaşın bu il başa çatması üçün lazım olan hər şeyi edəcəyini söyləyib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Oxşar xəbərlər
Tramp: Rusiya - Ukrayna müharibəsi altı aya bitə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp Ukrayna Prezidentini müharibəni dayandırmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Rusiya-Ukrayna müharibəsinin nizamlanması naminə Putinlə danışığa hazıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Rusiya ilə Ukrayna arasında sülh aprelin 20-nə qədər əldə edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken və Ostin: Güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












