sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Cənubi Koreya Prezidenti həbs olunub
Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə həbs ediblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, dövlət başçısının olduğu güman edilən avtomobillərdən birinin daxil olduğu karvan iqamətgah ərazisini tərk edərək Yüksək Vəzifəli Şəxslərin Korrupsiyasının Araşdırılması İdarəsinə (CIO) doğru hərəkət edir.
“İdarə Yun Sok Yolu qiyama rəhbərlik etməkdə ittiham edərək həbs edib”, – agentlik yazıb.
Oxşar xəbərlər
KİV: Cənubi Koreyalı müstəntiqlər ölkə prezidentini həbs edə bilməyiblər - YENİLƏNİB-3
Cənubi Koreya müstəntiqləri Prezidenti həbs etmək üçün hərbçilərin sıralarından keçiblər - YENİLƏNİB-2
Cənubi Koreya Prezidentinin vəkilləri onun həbsinə dair orderdən şikayət etmək niyyətindədir
Cənubi Koreyada polis və prezidentin təhlükəsizliyi Yun Sok Yolu müzakirə edib
Cənubi Koreya Məhkəməsi ölkə Prezidenti barədə həbs qərarı çıxarıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











