Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub


Səhiyyə naziri Teymur Musayev Yunanıstanın Azərbaycandakı səfiri Maria K.Papakonstantinu ilə görüş keçirib.

Bu barədə "Sizinxeber.az"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı tərəflər səhiyyə sisteminin inkişafı, tibbi təhsil, ixtisaslı kadr hazırlığı, rəqəmsal səhiyyə həlləri, eləcə də ictimai səhiyyə sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Teymur Musayev Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar, əhalinin tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması, səhiyyənin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və səhiyyə infrastrukturunun müasirləşdirilməsi barədə məlumat verib.

Səfir göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Yunanıstanın Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığın inkişafına önəm verdiyini qeyd edib. O, iki ölkənin aidiyyəti qurumları arasında əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu vurğulayıb.

Oxşar xəbərlər

Teymur Musayev V "Yüksəliş müsabiqəsi"nin qalibi ilə görüşüb
Azərbaycan və BƏƏ arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Çin səhiyyə sahəsində gələcək inkişaf perspektivlərini müzakirə edib
Azərbaycan Qazaxıstana dərman istehsalı sahəsində əməkdaşlıq təklif edib
Səhiyyə naziri: Yüksəkixtisaslı kadrların hazırlanması daim prioritetdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər