Myanma hərbi xuntası 6 minə yaxın məhbusu azad edəcək
Myanma hərbi hökuməti ölkənin Müstəqillik Günü ilə əlaqədar amnistiyaya əsasən, 180-i əcnəbi olmaqla 5 min 864 məhbusu azad edəcək.
“Report” xəbər verir ki, bu barədə “Reuters” Myanmanın dövlət mediasına istinadən məlumat yayıb.
Myanma 2021-ci ilin əvvəlindən - hərbçilərin seçilmiş mülki hökuməti devirdiyi və etiraz aksiyalarını vəhşicəsinə əzdiyi və ümummilli silahlı üsyanın alovlandığı vaxtdan bəri qarışıqlıq içərisindədir.
Xuntanın hələ də həbsdə saxladığı şəxslər arasında ölkənin keçmiş lideri, Nobel mükafatı laureatı Aun San Su Çji də də var.
79 yaşlı qadın təhrik və seçki saxtakarlığından tutmuş korrupsiyaya qədər 14 cinayət ittihamı üzrə 27 illik cəzasını çəkir. Vəkillərinin sözlərinə görə, o, bütün ittihamları rədd edir.
Oxşar xəbərlər
Britaniya, Aİ və Kanada Myanma rəhbərliyi ilə əlaqəli şirkətlərə qarşı sanksiyalar tətbiq edib
Myanmada qasırğada ölənlərin sayı 100-ü ötüb
Myanmada “Yaqi” qasırğası 74 nəfərin həyatına son qoyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
