Myanmada qasırğada ölənlərin sayı 100-ü ötüb
sizinxeber.az xəbər saytı

Myanmada qasırğada ölənlərin sayı 100-ü ötüb


Myanmada "Yagi" qasırğası nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Business Standard” ölkənin hərbi hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bundan əvvəl 74 nəfərin öldüyü bildirilirdi.

Myanma Dövlət İnzibati Şurasının sözçüsü, general-mayor Zav My Tun bildirib ki, pis hava şəraiti səbəbindən 320 mindən çox insan evlərini tərk edərək müvəqqəti köçkün düşərgələrində məskunlaşıb.

Qasırğa, həmçinin yollara və körpülərə ziyan vurub, interneti sıradan çıxarıb.

Myanma hakimiyyəti təbii fəlakətlə əlaqədar xaricdən kömək istəyib.

Qeyd edək ki, “Yaqi” qasırğası Vyetnamda 230-dan çox, Filippində isə azı 20 nəfərin həyatına son qoyub.

Oxşar xəbərlər

Myanmada “Yaqi” qasırğası 74 nəfərin həyatına son qoyub
Vyetnamda qasırğa nəticəsində ölənlərin sayı 230-u keçib
Vyetnamda tayfun nəticəsində ölənlərin sayı 127 nəfərə çatıb
“Yaqi” tayfunu nəticəsində ölənlərin sayı 197 nəfərə çatıb
Çində “Qaemi” qasırğası nəticəsində ölənlərin sayı 50-yə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle