KİV: Makronu qurucusu olduğu "Dirçəliş" partiyasından uzaqlaşdırmağa çalışırlar
Fransanın keçmiş baş naziri, "Dirçəliş" partiyasının baş katibi Qabriel Attal Fransa prezidenti Emmanuel Makronu partiyadan uzaqlaşdırmağa çalışır.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Figaro" qəzeti yazıb.
Nəşr Makronun bu partiyanın əsasını qoyduğunu diqqətə çatdırıb.
"Emmanuel Makronun bir sıra sadiq tərəfdarları "Monde" səhifələrində yer alan bəzi ittihamedici detallarda Attalın əlinin olmasında şübhələnir və onu prezidentin özünün əsasını qoyduğu və fəxri sədri olduğu partiyada nüfuzunu azaltmağa çalışmaqda ittiham edirlər", - qəzetdə qeyd olunub.
Qəzet, xüsusilə, "Dirçəliş"in “X” sosial şəbəkəsində partiyaya qoşulmaq dəvətinin mətninin "Fransa və Avropanın dirçəlişi naminə Emmanuel Makronun partiyasına qoşulun" çağırışının "Fransa və Avropanın dirçəlişi naminə bizə qoşulun" mətni ilə əvəzləndiyinə diqqət çəkib.
Oxşar xəbərlər
KİV: Makronun reytinqi antirekordu yeniləyib
Fransada Makronun reytinqi 25%-ə düşüb
Makronu Paralimpiya Oyunlarının bağlanış mərasimi zamanı fitə basıblar
KİV: 80-dən çox deputat Makronun vəzifədən kənarlaşdırılması ilə bağlı qətnamə imzalayıb
NATO-nun keçmiş baş katibi Makronu və Şoltsu tənqid edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









