KİV: Makronun reytinqi antirekordu yeniləyib
sizinxeber.az xəbər saytı

KİV: Makronun reytinqi antirekordu yeniləyib


Fransa prezidenti Emmanuel Makronun reytinqi rekord dərəcədə aşağı düşüb.

"Report" xəbər verir ki, bu barədə "Verian-Epoka" şirkətinin "Figaro Magazine" nəşri üçün apardığı araşdırmada deyilir.

Araşdırmanın nəticələrinə əsasən, Fransa prezidentinin populyarlığı daha 5 faiz bəndi azalaraq 17 faizə enib ki, bu da Makronun 2017-ci ildə dövlət başçısı seçilməsindən bəri ən aşağı dəstək səviyyəsidir.

“Respondentlərin daha 78%-i prezidentin fəaliyyətindən narazı olduqlarını bildiriblər”, - araşdırmada bildirilir.

Qeyd olunur ki, Makronun populyarlığının azalması iyunda parlamentin buraxılması ilə bağlıdır - fransızlar bu addımı başa düşməyiblər.

Xatırladaq ki, bu ilin sentyabrında fransızların Emmanuel Makrona inam reytinqi üç bənd - 22%-ə qədər aşağı düşüb.

Oxşar xəbərlər

Makronun etimad reytinqi minimuma yaxınlaşır
Makronun prezidentlik reytinqi rekord səviyyədə aşağı düşüb
Britaniya baş nazirinin reytinqi iğtişaşlar fonunda xeyli aşağı düşüb
Fransa Milli Assambleyası Makronun impiçmenti ilə bağlı qətnamə layihəsini təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər