Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
sizinxeber.az xəbər saytı

Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb


Ermənistanda həbslər davam edir.

Sizinxeber.az xəbər verir ki, bu gün səhər "Ayakve" təşəbbüsünün koordinatoru Avetik Çalabyan saxlanılıb.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, Çalabyan İstintaq Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində saxlanılıb. Onun saxlanması barədə əlavə məlumat verilməyib, rəsmi açıqlamanın daha sonra olacağı qeyd edilib.

Xatırladaq ki, "Ayakve" təşəbbüsü aprelin sonlarında Samvel Karapetyanın rəhbəri olduğu "Güclü Ermənistan" blokuna qoşulub.

Tərəflər mövcud hökuməti seçkilər yolu ilə dəyişmək, yeni hökumət yaratmaq üçün qüvvələri birləşdirmək barədə öhdəlik götürüblər.

Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı ildə keçirilib. Hazırkı Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyası seçkilərdə qalib gəlib.

Həm seçkidən əvvəl, həm də sonra müxalifət düşərgəsindən xeyli şəxs saxlanılıb.

Oxşar xəbərlər

Ermənistanda son iki gündə seçicilərin rüşvətlə ələ alınması işi üzrə 21 nəfər saxlanılıb
Ermənistan MSK: Paşinyanın partiyası 51,03% faiz səslə liderdir - YENİLƏNİB
Samvel Babayanın yaxın adamı MN rəhbərinin müavininin qətlinə görə həbs edilib
Paşinyan: Xoşbəxtlikdən indi Azərbaycanla sülh var, Türkiyə ilə diplomatik əlaqələrin qurulmasını səbirsizliklə gözləyirəm
Ekspert Onnik Krikoryan: Ermənistan vətəndaşlarının 88 faizi dəyişikliyə qarşı çıxa bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər