Avropalı diplomatlar Dəməşqə səfər edəcəklər
Avropalı diplomatlar Suriyanın yeni hakimiyyət orqanları ilə əlaqə yaratmaq üçün Dəməşqə səfər edəcəklər.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
"Suriyadakı yüksək rütbəli avropalı diplomatlara yeni hökumət və yerlərdəki insanlarla əlaqə yaratmaq üçün Dəməşqə getməyi tapşırmışam", - o bildirib.
K.Kallas vurğulayıb ki, bu gün əsas üç məsələ - Suriya, Ukrayna və Gürcüstandakı vəziyyət müzakirə olunacaq:
"Xarici İşlər Şurasında ilk dəfə iştirak edirəm. Şənbə günü İordaniyada idim və ərəb ölkələri, Türkiyə və ABŞ ilə Suriya məsələsini müzakirə etdik. Hesab edirəm ki, regional aktorlar da beynəlxalq aktorlar qədər bu ölkədə stabilliyi təmin etmək üçün önəmlidir. Ona görə də yeni rəhbərliklə danışıqların prinsiplərini razılaşdırmaq vacibdir".
O, Suriyada müsbət dəyişikliklərin müşahidə olunduğunu qeyd edib:
"Biz bu gün də Suriyanın yeni rəhbərliyi ilə hansı səviyyədə və necə qarşılıqlı əlaqədə olacağımızı müzakirə edəcəyik. Suriyada gələcəklə bağlı qeyri-müəyyənlik olsa da, müsbət dəyişikliklər baş verir, ancaq biz ölkənin doğru istiqamətdə getməsindən əmin olmalıyıq".
Oxşar xəbərlər
Kaya Kallas İordaniyada Suriya ilə bağlı müzakirə aparacaq
Aİ Suriyanın yeni hakimiyyət orqanları ilə diplomatik təmaslara başlayır
Avropalı nazirlər Rusiya və Gürcüstana qarşı sanksiyaları müzakirə edəcək
Kaya Kallas: Bəşşar Əsəd rejiminin süqutu Suriya xalqı üçün tarixi bir məqamdır
Kallas Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
