Fransa İsveçrə silahlarını Ukraynaya göndərmək istəyir
Fransa İsveçrə silahlarını Ukraynaya təkrar ixrac etmək istəyir, lakin qərar İsveçrənin əlindədir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Fransanın Berndəki səfiri Marion Parada İsveçrənin "Neue Zürcher Zeitung" qəzetinə müsahibəsində deyib.
"İsveçrə hərbi texnikanın yenidən ixracı məsələsinə özü cavab verməlidir. Amma əlbəttə ki, biz Ukraynaya silah tədarükünə icazə verilməsini alqışlayardıq", - səfir bildirib.
O vurğulayıb ki, İsveçrə Ukrayna üçün çox iş görüb, qaçqınlara yardım edib.
Qeyd edək ki, 2023-cü ilin may ayında İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskal Kristin Berisvil bildirmişdi ki, İsveçrə silahlarının Ukraynaya yenidən ixracı qanunvericilik dəyişikliyi olmadan mümkün deyil.
Oxşar xəbərlər
İsveçrə Ukraynaya dağıntıları təmizləmək üçün 6,55 milyon dollarlıq avadanlıq verəcək
Kuleba: Ukraynaya hərbi yardım bəzən uzun müddətə çatdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
