Polşa Rusiya ilə sərhəddə istehkam xəttinin tikintisinə başlayıb
Polşa hakimiyyəti “Şərq qalxanı” proqramı çərçivəsində Rusiya Federasiyası ilə sərhəddə müdafiə istehkam xəttinin tikintisinə başlayıb.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə Polşanın Baş naziri Donald Tusk sosial şəbəkədəki səhifəsində bildirib.
O, paylaşımına torpaq işləri aparan ekskavatorları əks etdirən fotoşəkil əlavə edib. “Şərq Qalxanının tikintisinə başlanılıb”- deyə Tusk yazıb.
Polşa hakimiyyəti may ayının əvvəlində Şərq Qalxanı proqramını elan etmişdi. Dəyəri 10 milyard zloti (təxminən 2,5 milyard dollar) təşkil edən işlərin tamamlanması 2028-ci ilə planlaşdırılır.
Birbaşa Belarus və Rusiya ilə 800 km-lik sərhəd zonasında xəndəklərin qazılması, mina sahələrinin yerləşdirilməsi, tank əleyhinə kirpilərin quraşdırılması, aktiv müşahidə sisteminin yaradılması planlaşdırılır.
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə istehkam işlərinə başlayıb
Polşa şərq sərhədində mina sahələri yaradacaq
Polşa Belarusla sərhəddə istehkam qurğuları inşa edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir

