Yaponiya peyklərinin sayını iki dəfədən çox artırmağı planlaşdırır
sizinxeber.az xəbər saytı

Yaponiya peyklərinin sayını iki dəfədən çox artırmağı planlaşdırır


Yaponiya hökuməti özünün qlobal yerləşdirmə sistemi QZSS üçün peyklərin sayını iki dəfədən çox artırmağı planlaşdırır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hazırda sistemə dörd Mitibiki peyki daxildir və 2026-cı ilə qədər onların sayının 7-yə, 2030-cu illərin sonuna isə 11-ə çatdırılması planlaşdırılır.

Peyklərin sayının artırılmasının Yaponiyanın xarici mövqeləşdirmə sistemlərindən asılılığını azaltmaq məqsədi daşıdığı vurğulanır.

Oxşar xəbərlər

Yaponiya vətəndaşlarını İrana getməməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər