Tayvan sahillərinə Çinin 41 uçuş aparatı və 6 gəmisinin yaxınlaşmasını qeydə alıb
sizinxeber.az xəbər saytı

Tayvan sahillərinə Çinin 41 uçuş aparatı və 6 gəmisinin yaxınlaşmasını qeydə alıb


Tayvanın Silahlı Qüvvələri gün ərzində adaya Çin Xalq Azadlıq Ordusunun 41 uçuş aparatının və 6 gəmisinin yaxınlaşdığını qeydə alıb.

“Report” xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, 32 uçuş aparatı Tayvan boğazının orta xəttini keçib, adanın şimal, mərkəzi, cənub-qərb və şərq hissələrində hava hücumundan müdafiə zonasına daxil olub. Tayvan Ordusu cavab olaraq hədəfləri izləmək üçün aviasiyanı, gəmiləri və yerüstü zenit raket sistemlərini işə salıb.

Oxşar xəbərlər

Tayvan Çindən 30 uçuş aparatı və 11 gəminin yaxınlaşmasını qeydə alıb
Tayvan ABŞ-la adada Amerika silahlarının istehsalını müzakirə edəcək
İsrail ordusu Livandan iki uçuş aparatının hücumunu aşkarlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər