sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Pakistanda məktəb avtobusu atəşə tutulub, iki uşaq ölüb
Pakistanın Pəncab əyalətinin Attok rayonunda məktəb avtobusuna silahlı hücum nəticəsində ən azı 2 uşaq ölüb, 5 nəfər isə yaralanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Geo TV" telekanalı Attok şəhərinin rəhbərinin müavini Rao Atif Razaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, insident hücum edənlərin məktəb avtobusunun sürücüsünə qarşı şəxsi düşmənçiliyi səbəbindən baş verib. Aldığı xəsarətlərə baxmayaraq, sürücü sağ qalıb.
Polis və şəhər rəhbərliyi hadisə yerindən qaçan cinayətkarların axtarışını həyata keçirir.
Pakistan Prezidenti Asif Əli Zərdari hücumu pisləyib və təqsirkarlara qarşı sərt tədbirlərin görülməsi ilə bağlı göstəriş verib.
Oxşar xəbərlər
Qəzzada məktəb atəşə tutulub, 10 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda sərnişin avtobusu qəzaya uğrayıb, 17 nəfər ölüb, 41 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukraynanın Konstantinovka şəhəri atəşə tutulub: 10 nəfər ölüb, 35 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda leysan və daşqınlar nəticəsində 195 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













