Almaniyada vitse-kansler ölkənin iqtisadi dirçəlişinə nəyin maneə olduğunu açıqlayıb
“Uzun müddətdir ki, hakim “Svetofor” koalisiyasında (Almaniya Sosial Demokrat Partiyası, Yaşıllar, Azad Demokratik Partiya) mübahisə predmetinə çevrilən büdcə məsələsi ölkənin iqtisadi dirçəlişinə maneədir”.
“Sizinxeber.az” xəbər verir ki, bunu Vitse-kansler, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek deyib.
“Mübahisə son dərəcə ciddi ziyana səbəb olub ki, bu da Almaniyada iqtisadi dirçəlişə xələl gətirir. Almaniya iqtisadiyyatı hazırda zəif iqtisadi artım yaşayır. “Svetofor” iqtisadiyyatın stimullaşdırılması üçün tədbirlər paketi qəbul etməyi planlaşdırır.
Lakin bunların heç biri hələ də həyata keçirilməyib. İqtisadiyyat Nazirliyinin rəhbəri, maliyyə naziri Kristian Lindner və kansler Olaf Şolts 2025-ci ilin büdcəsi ilə bağlı çətin danışıqlar aparıb və nəticədə kompromis əldə olunub. Bununla belə, büdcə layihəsində hələ də milyardlarla avro dəyərində boşluqlar var”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Kanslerin partiyası ABŞ raketlərinin Almaniyada yerləşdirilməsini dəstəkləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
