Podolyak: Ukraynada müharibənin başa çatma ssenarilərindən biri münaqişənin dondurulması ola bilər
Ukraynada müharibənin başa çatmasının əsas ssenarilərindən biri cəbhə xətti boyunca münaqişənin dondurulması ola bilər.
“Report” Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində bildirib.
"Ukraynanın ilkin mövqeyi belədir: biz başa düşürük ki, bu müharibədən çıxmağın əsas ssenarilərindən biri cəbhə xətti boyunca münaqişənin dondurulmasıdır. Bunlar bu gün Rusiyanın de-fakto işğal etdiyi ərazilərdir. Onlar belə də qalacaq. Sonra isə bu ərazilərin Ukraynaya qaytarılması üçün iqtisadi, diplomatik və digər vasitələrlə böyük iş aparılacaq. Lakin de-yure onlar Ukrayna ərazisi olaraq qalacaq", - Podolyak bildirib.
O bu ərazilərin Rusiyaya verilməsi ehtimalını tamamilə istisna edib.
Oxşar xəbərlər
Podolyak: Ukrayna Rusiya ilə danışıqlara hazırdır
Podolyak: Ukrayna Rusiya ilə danışıqların aparılması qaydalarının razılaşdırılmasını istəyir
Mixaylo Podolyak: Ukrayna ABŞ-də kimin prezident seçilməsindən asılı olmayaraq dəstəyin davam etdirilməsini istəyir
Zelenskinin Ofisinin müşaviri: NATO-ya üzvlüyümüzlə bağlı ABŞ və Almaniyada şübhələr var
Podolyak: Avropalılar Rusiyanın müharibəni dondurub, Avropada təxribatlarının sayını artırmasına hazırdırlarmı?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













