Rusiyada deputatlar miqrant uşaqların ölkəyə girişinin məhdudlaşdırılmasını təklif ediblər
sizinxeber.az xəbər saytı

Rusiyada deputatlar miqrant uşaqların ölkəyə girişinin məhdudlaşdırılmasını təklif ediblər


Rusiya Dövlət Dumasına azyaşlı əcnəbilərin qanuni nümayəndələri olmadan ölkəyə daxil olmasını qadağan edən qanun layihəsi təqdim olunub.

“Report” xəbər verir ki, müəllifi deputatlar Nina Ostanina və parlamentin əmək komitəsinin rəhbəri Yaroslav Nilov olan müvafiq sənəd Dumanın elektron məlumat bazasında yerləşdirilib.

Onlar yetkinlik yaşına çatmayan xarici vətəndaşların Rusiyaya yalnız qanuni nümayəndələrin və ya notarial qaydada təsdiq edilmiş etibarnaməsi olan digər yetkin şəxslərin müşayiəti ilə daxil olub vı ya getməsinə icazə verilməsini təklif ediblər.

Eyni zamanda, Rusiyaya giriş yalnız təhsil, müalicə və müvəqqəti qalma, məsələn, idman yarışlarında, olimpiadalarda və turist səfərlərində iştirak etmək üçün mümkün olacaq.

Təşəbbüs müəllifləri, həmçinin Rusiyada başqa qanuni nümayəndələr olmadıqda, əcnəbinin onunla birlikdə daxil olan yetkinlik yaşına çatmayan şəxslə birlikdə deportasiya edilməsini təklif ediblər.

Qanun layihəsinin izahatında qeyd edilib ki, hazırda azyaşlı əcnəbilər qanuni nümayəndələrinin notarial qaydada təsdiq edilmiş razılığı olmadan Rusiyaya gedə bilərlər. Buna görə də, onlar Rusiya Federasiyasına ya valideynlərinin, ya da qanuni nümayəndələrinin müşayiəti ilə, ya da müstəqil şəkildə daxil ola bilərlər.

Deputatlar qeyd ediblər ki, bəzi hallarda yeniyetmələr Rusiyaya formal olaraq təhsil almağa, əslində isə iş dalınca gəliblər.

Oxşar xəbərlər

Azərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər həbs olunacaq
Rusiyada məktəblərdə bir sinifdə bir nəfərdən artıq miqrant uşağın təhsil almasının qadağan olunması təklif edilib
Rusiyaya gedən miqrantlardan tibbi arayışlar tələb edilə bilər
Sabunçuda yetkinlik yaşına çatmayan şəxsin ölməsi faktı üzrə cinayət işi başlanıb
Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlananlar 2 min manat cərimələnəcək, həbs olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle