WSJ: Aİ Trampın bugünkü görüşdə Zelenskiyə təzyiq göstərəcəyini düşünür
sizinxeber.az xəbər saytı

WSJ: Aİ Trampın bugünkü görüşdə Zelenskiyə təzyiq göstərəcəyini düşünür


Avropa rəsmiləri ABŞ Prezidenti Donald Trampın 18 avqustda keçiriləcək görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya-Ukrayna münaqişəsinin rəsmi Moskva tərəfindən təklif olunan sülh şərtlərini qəbul etməsi üçün təzyiq göstərəcəyini gözləyirlər.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti yazır.

Qəzetin məlumatına görə, avropalılar Zelenskinin əsas vəzifəsinin Trampı münaqişənin tezliklə dayandırılması üçün daha üstün alternativlər olduğuna inandırmaq olduğunu düşünürlər.

Nəşr qeyd edir ki, Avropa nümayəndələri şəxsi qaydada etiraf edirlər ki, Ukrayna bütün ərazilərini qaytara bilməyəcək, lakin itkiləri minimuma endirməkdə və Rusiya tərəfindən işğal edilmiş Ukrayna torpaqlarını Rusiyanın ərazisi kimi tanımamaqda israr edirlər.

Oxşar xəbərlər

Tramp Ukraynada münaqişənin 100 gün ərzində həll olunacağına ümid edir
Kelloq: ABŞ Ukraynaya Rusiya ilə sülhə məcbur etmək niyyətində deyil
Zelenski: Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərini dəstəkləyir
Münhen konfransında Trampın Ukrayna ilə bağlı planı təqdim ediləcək
BMT-də Rusiyanın daimi nümayəndəliyində Trampın Ukrayna ilə bağlı təkliflərinə cavab verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle