Zelenski: Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərini dəstəkləyir
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllindən sonra Kiyevə təhlükəsizlik zəmanətinin verilməsini dəstəkləyir.
“Report” “The Telegraph”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində Avropa liderləri və Trampın iştirakı ilə onlayn konfransdan sonra Fridrix Merts ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Təhlükəsizlik təminatları olmalıdır. Prezident Tramp bunu dəstəklədiyini və bu işdə iştirak etməyə hazır olduğunu söylədi”, - Zelenski bildirib.
Nəşr qeyd edir ki, təhlükəsizlik təminatları Kiyevin əsas tələbi olsa da, son aylarda Vaşinqton Ukrayna üçün təminatları müzakirə etməyib, ona görə də Zelenskinin ABŞ-nin zəmanətlərini, yoxsa Avropanın “istəklilər koalisiyasını” nəzərdə tutduğu hələ aydın deyil.
Avropa liderlərinin razılaşdığı və ABŞ Prezidentinə telefon danışığında təqdim etdiyi beş prinsipdən danışan Zelenski Ukraynanın bütün danışıqlara qatılmalı, atəşkəsin başlanğıc nöqtəsi olmalı, ölkəsinə təhlükəsizlik zəmanəti verilməli olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, Rusiyanın Ukraynanın NATO-ya daxil olmasına veto qoymaq hüququ olmamalıdır və Rusiyaya birgə təzyiq lazımdır.
Oxşar xəbərlər
Zelenski: Trampla söhbətdə ərazi məsələləri müzakirə olunub
Aİ: Zelenski olmadan Tramp və Putin arasında Ukrayna ilə bağlı müzakirə aparmaq təəccüblüdür
Zelenski: Hələlik Rusiya ilə sülh sazişindən söhbət getmir
Merts: Tramp-Zelenski mübahisəsi qəsdən edilmiş gərginlik idi
Zelenski: Alyaskada danışıqların əsas nöqtəsinin atəşkəs olacağına ümid edirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident İlham Əliyevin doğum günüdür












