Münhen konfransında Trampın Ukrayna ilə bağlı planı təqdim ediləcək
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Münhen Təhlükəsizlik Konfransında Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması planını təqdim etməlidir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Trampın Ukraynadakı müharibənin bitməsi planında hansı müddəaların yer alacağı məlum deyil.
Bundan əvvəl Kelloq “X” sosial şəbəkəsində Münhen konfransında iştirakı və ABŞ-nin müttəfiqləri ilə Ukraynada sülh nizamlanması mövzusunu müzakirə etmək niyyətində olduğunu bildirib.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, Tramp Kelloqa Rusiya-Ukrayna münaqişəsini 100 gün ərzində həll etməyi tapşırıb.
Oxşar xəbərlər
Tramp Ukraynada münaqişənin 100 gün ərzində həll olunacağına ümid edir
Kit Kelloq: Tramp yaxın aylarda Ukrayna münaqişəsini həll edə biləcək
Trampın xüsusi nümayəndəsi Ukraynaya səfərini təxirə salıb
ABŞ Ukrayna planını Münhen konfransında müttəfiqlərə açıqlayacaq
KİV: Tramp komandası Rusiya – Ukrayna müharibəsinin həllinə yanaşmanı dəyişir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













