Kelloq: ABŞ Ukraynaya Rusiya ilə sülhə məcbur etmək niyyətində deyil
sizinxeber.az xəbər saytı

Kelloq: ABŞ Ukraynaya Rusiya ilə sülhə məcbur etmək niyyətində deyil


Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə sülh razılaşmasına məcbur etməyəcək.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Brüsseldə NATO-nun mənzil-qərargahında keçirilmiş mətbuat konfransında bildirib.

“Heç kim Volodimir Zelenskiyə sülh razılaşmasına məcbur etməyəcək”, – o söyləyib.

Kelloq həmçinin qeyd edib ki, bu həftə Kiyevə səfər etmək və Ukrayna lideri ilə görüşmək niyyətindədir.

Xüsusi elçi vurğulayıb ki, Ukrayna ilə bağlı danışıqlarda iştirak etməkdə israr edən Avropa müttəfiqləri ilə danışsa da, “hamını danışıqlar masasına oturtmaq mümkün deyil”.

Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşü keçiriləcək və burada Ukrayna nizamlanması da müzakirə olunacaq.

Oxşar xəbərlər

Kelloq müttəfiqlərini Rusiya-Ukrayna danışıqları taktikası ilə tanış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Münhen konfransında Trampın Ukrayna ilə bağlı planı təqdim ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kit Kelloq: Tramp yaxın aylarda Ukrayna münaqişəsini həll edə biləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin xüsusi nümayəndəsi fevralın 20-də Kiyevə səfər edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kelloq: Rusiya ərazi güzəştlərinə getməli olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər