Ukraynada ABŞ-ın insanabənzər robotları sınaqdan keçirilib
sizinxeber.az xəbər saytı

Ukraynada ABŞ-ın insanabənzər robotları sınaqdan keçirilib


ABŞ-ın "Foundation Future Industries" şirkəti Ukraynada döyüş zonasına yaxın ərazilərdə insanabənzər robotların sınaqlarını keçirib.

"CNBC"nin məlumatına görə, şirkət pilot nümayiş məqsədilə iki ədəd "Phantom MK-1" robotunu Ukraynaya göndərib.

Bu, insanabənzər robotların ilk dəfə döyüş şəraitində sınaqdan keçirilməsi kimi qiymətləndirilir.

Şirkətin baş direktoru Şanket Patekin sözlərinə görə, robotların əsas vəzifəsi ön xəttə sursat çatdırmaq olub.

Məlumata əsasən, "Phantom MK-1" modelinin bir sıra məhdudiyyətləri var. Robotun yükdaşıma qabiliyyəti 20 kiloqramdan çox deyil, korpusu isə sudan qorunmur. Bundan əlavə, batareyanın qısa müddət işləməsi onun geniş istifadəsinə mane olan əsas amillərdən biri hesab edilir.

Şirkət yaxın vaxtlarda daha təkmilləşdirilmiş "Phantom 2" modelini Ukraynaya göndərməyi planlaşdırır. Bildirilir ki, yeni modelin yükdaşıma qabiliyyəti əvvəlki versiyadan iki dəfə çox olacaq.

Oxşar xəbərlər

Çində insanabənzər robotlar döyüşdürülüb
Çində insanabənzər robotların təlimi üçün baza yaradılıb
Çində insanabənzər robotların iştirak etdiyi birinci yarımmarafon keçirilib
Sinqapur şirkəti: Orta dəhlizi "yaşıl yol"a çevirmək istəyirik
Zelenski: Ukraynada ilk ballistik raket sınağı uğurla keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər