Naxçıvanda selə düşən şəxs xilas edilib - FOTO - VİDEO
sizinxeber.az xəbər saytı

Naxçıvanda selə düşən şəxs xilas edilib - FOTO - VİDEO


Naxçıvanda çayda selə düşərək köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.

Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, hadisə Şərur rayonunun Yuxarı Daşarx kəndi ərazisindən keçən Arpaçay çayında qeydə alınıb.

Məlumata əsasən, vətəndaş çay yatağında traktorla dib dərinləşdirmə işləri apararkən qəfil gələn sel nəticəsində həyati təhlükəli vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Naxçıvan Muxtar Respublikası FHN-in xilasediciləri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Cəfərov Elmir Məhərrəm oğlu xilas edilib.

Oxşar xəbərlər

Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
Xəzər rayonunda su quyusuna düşən şəxs FHN-in əməkdaşları tərəfindən xilas edilib - VİDEO
Mingəçevirdə dərədə köməksiz qalan şəxs xilas edilib - VİDEO
Kanala düşən maral xilas edilib - VİDEO
FHN: Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər