KİV: Tramp administrasiyası “Intel”də payın alınması ilə bağlı danışıqlar aparır
ABŞ prezidenti Donald Trampın administrasiyası Amerikanın texnologiya nəhəngi “Intel”də payın alınması ilə bağlı danışıqlar aparır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Mənbələrin fikrincə, bu sövdələşmə korporasiyanın ABŞ-da istehsal potensialını gücləndirmək, o cümlədən Ohayoda istehsal mərkəzinin tikintisinə kömək etmək məqsədi daşıyır.
Payın alınması təklifi avqustun 11-də Ağ Evdə Intel-in baş direktoru Lip-Bu Tan ilə Tramp arasında keçirilən görüşdən sonra irəli sürülüb. Müqavilənin şərtləri hələ də müzakirə olunur.
Agentlik qeyd edib ki, razılıq əldə olunarsa, Lip-Bu Tan böyük ehtimalla korporasiyanın başında qalacaq. Şirkət rəsmilərlə danışıqlar barədə məlumatı “Bloomberg”ə təsdiqləməyib: “Biz Tramp administrasiyası ilə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik. Lakin şayiələri şərh etmək niyyətində deyilik”, - “Intel”in açıqlamasında deyilir.
Oxşar xəbərlər
“Intel” işçilərinin 20 %-dən çoxunu ixtisar edəcək
“Intel” işçilərinin 20%-dən çoxunu ixtisar edəcək
KİV: Trampın komandası müharibəyə son qoymaq üçün Bayden administrasiyası və Ukrayna ilə danışıqlar aparır
Trampın komandası müharibəyə son qoymaq üçün Bayden administrasiyası və Ukrayna ilə danışıqlar aparır
Ermənistan Hindistanla qırıcı təyyarələrin alınması ilə bağlı danışıqlar aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
