“Intel” işçilərinin 20%-dən çoxunu ixtisar edəcək
ABŞ-ın nəhəng texnologiya şirkətlərindən olan “Intel” bu həftə öz əməkdaşlarının 20%-dən çoxunun ixtisar ediləcəyini açıqlamağa hazırlaşır.
APA xəbər verir ki, “Bloomberg”in yazdığına görə, bu addım şirkət daxilindəki bürokratik maneələri azaltmaq məqsədi daşıyır.
Agentliyin məlumatına görə, bu ixtisarlar “Intel”in idarəetmə strukturunu səmərəli etmək və diqqəti mühəndislik texnologiyalarına yönəltmək üçün həyata keçirilir.
Qeyd olunur ki, şirkət 2024-cü ilin əvvəlində artıq təxminən 15 min işçini ixtisar edib. 2024-cü ilin sonunda şirkətin əməkdaşlarının sayı 108,9 min nəfər təşkil edirdi.
Bu, mart ayında “Intel”in baş direktoru vəzifəsinə Lip-Bu Tanın təyinatından sonra şirkətdə həyata keçiriləcək ilk böyük ixtisar dalğasıdır.
Oxşar xəbərlər
Bloomberg: Mastercard təxminən min işçisini ixtisar edəcək
“Boeing” yaxın aylarda işçilərinin 10%-ni ixtisar edəcək
“Ford” Avropada 4 min iş yerini ixtisar edəcək
“Boeing” işçilərinin 10 faizini ixtisar edəcək
Tramp administrasiyası qurumların işçilərini 50% ixtisar edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













