Azərbaycanla Pakistanın Baş Qərargah rəisləri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Pakistanda səfərdədir.
Bu barədə “Report” Pakistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qurumun məlumatına görə, K.Vəliyev bu gün Pakistan Silahlı Qüvvələrinin Baş Qərargahında (GHQ) Ordunun Baş Qərargah rəisi (COAS) feldmarşal Seyid Asim Münirlə görüşüb.
"Görüş zamanı tərəflər regional və qlobal təhlükəsizlik, eləcə də ikitərəfli müdafiə əməkdaşlığının gücləndirilməsi də daxil olmaqla bir çox məsələləri müzakirə ediblər", - məlumatda qeyd olunub.
Feldmarşal Münir Pakistanın Azərbaycana davamlı dəstəyini təsdiqləyib və iki ölkə arasındakı qardaşlıq əlaqələrini vurğulayıb.
O həmçinin Azərbaycan tərəfini Azərbaycan və Ermənistan arasında sülh sazişinin uğurla paraflanması münasibətilə təbrik edib.
K.Vəliyev, öz növbəsində, Pakistan Silahlı Qüvvələrinin peşəkarlığını yüksək qiymətləndirib, xüsusilə "Yom-i-Marka-i-Haq" və "Bunyan ul-Marsus" əməliyyatlarının uğurla keçirildiyini qeyd edib.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi həmçinin Pakistanın terrorla mübarizə səylərini yüksək qiymətləndirib və Bakının İslamabadla müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da gücləndirilməsinə sadiqliyini təsdiqləyib.
Oxşar xəbərlər
Kərim Vəliyev Pakistan Aviasiya Kompleksinin sədri ilə ikitərəfli məsələləri müzakirə edib
Baş Qərargah rəisi: Pakistan Hindistanın istənilən avantürasına qəti cavab verəcək
İtaliya səfiri Kərim Vəliyevlə müdafiə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
