Qazaxıstanda iyul ayında hərbi helikopterin qəzaya uğradığı yerdən ikinci cəsəd tapılıb
Qazaxıstan xilasediciləri Almatı vilayətindəki Sorbulak su anbarı yaxınlığında "EC145" hərbi helikopterinin qəzaya uğradığı yerdə ikinci şəxsin cəsədini tapıblar.
"Report"un xəbərinə görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
"EC145" helikopterinin qəzaya uğradığı ərazidə davam etdirilən axtarış-xilasetmə əməliyyatları zamanı ikinci cəsəd tapılaraq sudan çıxarılıb. Hazırda müvafiq orqanların iştirakı ilə cəsədin şəxsiyyətinin müəyyən olunması prosesi davam etdirilir", - məlumatda deyilir.
Xatırladaq ki, iyulun 25-də Qazaxıstanın Almatı vilayətində EC-145 hərbi helikopteri radarlardan itib. Təyyarədə üç ekipaj üzvü olub. Avqustun 9-da Qazaxıstan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verib ki, təxminən 14 m dərinlikdə təyyarənin fraqmentləri və bir nəfərin meyiti aşkar edilib.
Oxşar xəbərlər
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapılıb
Rusiya FHN: “Mi-8” helikopterinin qəzaya uğradığı yerdə 17 nəfərin meyiti tapılıb - YENİLƏNİB
Qazaxıstanda qəzaya uğrayan helikopterin ekipajının axtarışları davam edir
Qazaxıstanda hərbi helikopter radarlardan itib
Qazaxıstan MN: İtən helikopterin axtarışı gecə-gündüz davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












