Hər il buna görə 7 milyon insan ölür - ÜST
sizinxeber.az xəbər saytı

Hər il buna görə 7 milyon insan ölür - ÜST


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1988-ci ildən etibarən hər il mayın 31-i Ümumdünya Tütünsüz Günü kimi qeyd edilir. Bu günün qeyd olunması diqqəti tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə effektiv siyasət aparmağa çağırır.

Axar.az xəbər verir ki, ÜST bu il Ümumdünya Tütünsüz Gününü gənclərin bu zərərli vərdişdən qorunmasına həsr edib.

"Tütün və nikotin şirkətləri öz məhsullarını xüsusilə yeniyetmələr və gənclər üçün daha cəlbedici, istifadəsi daha asan və tərgitməsi daha çətin olacaq şəkildə qəsdən layihələndirirlər.

Tütün istifadəsi hər il 7 milyondan çox insanın ölümünə səbəb olur. Bu, dünyada qarşısı alına bilən ölüm səbəblərindən biri olub ürək-damar xəstəlikləri, tənəffüs xəstəlikləri və 20-dən çox xərçəng növü ilə əlaqəlidir", - ÜST-ün xəbərdarlığında bildirilib.

ÜST dünyanın 1 milyarddan çox tütün, elektron siqaret və nikotin qəlyanaltısı istifadəçisini ilk addımı atmağa və 31 mayda asılılıqdan azad olmağa çağırıb.

Bildirilib ki, dünya üzrə 13–15 yaş arasında azı 40 milyon uşaq tütün məmulatından istifadə edir və gənclər arasında elektron siqaret və nikotin qəlyanaltılarının (nikotin pouçları) istifadəsi artmaqda davam edir.

Oxşar xəbərlər

Səhiyyə Nazirliyi və AQTA elektron siqaretlərlə bağlı vətəndaşlara müraciət edib
Elektron siqaretlərin zərərləri barədə xəbərdarlıq edilib
Qadağa elektron siqaret çəkənlərin sayını azaldıb? - VACİB AÇIQLAMA
Azərbaycanda indiyə qədər tütün istehsalçılarına 186 min manat sığorta ödənişi verilib
Goranboyda bu il 8 hektar sahədə tütün əkilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər