İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirən TIR sürücüsü saxlanılıb - VİDEO
sizinxeber.az xəbər saytı

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirən TIR sürücüsü saxlanılıb - VİDEO


İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirən TIR sürücüsü saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 19 kiloqram narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Əməliyyat nəticəsində narkotiklərin qeyd edilən cinayət əməlində şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 47 yaşlı Emin Əhmədov saxlanılıb. Onun idarə etdiyi iritonnajlı yük maşınından 8 kiloqrama heroin və 3 kiloqramdan çox psixotrop maddə metamfetamin aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, E.Əhmədov aşkar olunmuş narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib. Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən daha iki nəfər 44 yaşlı Ramil Həsənov və 38 yaşlı İlham Cümşüdoğlu saxlanılıblar. Onlardan ümumilikdə 8 kiloqrama yaxın aşkarlanıb. Bu şəxslər narkotikləri Bakı şəhəri və Abşeron rayonu ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır. Əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

İrandan Azərbaycana 11 kq-dan çox narkotik gətirməkdə şübhəli bilinən TIR sürücüsü saxlanılıb
Azərbaycana dənizlə narkotik gətirən iranlı balıqçılar saxlanılıb - FOTO - VİDEO
Bakıda soyuducuda 4 kq narkotik gizlədən şəxslər saxlanılıb - FOTO
Bakıda külli miqdarda heroin və tiryək aşkarlanıb
Polis Yardımlıda əməliyyat keçirib, 20 kiloqram narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər