Məhəmməd Muizzu: Əminəm ki, Maldiv-Azərbaycan dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
may
2026
13:00
ff aaaaaaa

Məhəmməd Muizzu: Əminəm ki, Maldiv-Azərbaycan dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcək

29 may, 2026
13:00
978

Məhəmməd Muizzu: Əminəm ki, Maldiv-Azərbaycan dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcək

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Maldiv Hökuməti və xalqı adından Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Ölkələrimizin qarşılıqlı hörmətə, etimada və əməkdaşlığa əsaslanan davamlı ikitərəfli əlaqələrinin inkişafını minnətdarlıqla qeyd edirəm. Əminəm ki, Maldiv Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına davamlı tərəqqi, sülh və firavanlıq arzulayıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul