Krımda yanacaq çatışmazlığı: Benzin talonla satılır
sizinxeber.az xəbər saytı

Krımda yanacaq çatışmazlığı: Benzin talonla satılır


Sevastopolda bu gün Aİ-92 və Aİ-95 benzinlərinin satışı talonlarla həyata keçiriləcək.

Sizinxeber.Az xəbər verir ki, bunu Sevastopolun qubernatoru Mixail Razvojayev məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında TES yanacaqdoldurma məntəqəsində yanacaq satışına başlanılıb və bir neçə saat ərzində gün üçün ayrılmış bütün limit tükənib:

“Buna görə də, bu gün Sevastopolda Aİ-92 və Aİ-95 benzinləri talonlarla satılacaq. Bu, yanacaqdoldurma məntəqələrində yanacaq ehtiyatlarının artırılması üçün zəruri olan müvəqqəti tədbirdir”.

Qubernator bildirib ki, Sevastopola yanacaq tədarükündəki çətinliklər təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və logistika marşrutlarının optimallaşdırılması zərurəti ilə əlaqədardır.

Qeyd edək ki, Krımda dünəndən etibarən Aİ-95 markalı benzinin talonla satışına başlanılıb.

Oxşar xəbərlər

SOCAR: Bu gündən “Ai-95” yanacağının satışı tam bərpa olunur - EKSKLÜZİV
ABŞ-də benzinin qiyməti hələ iki ay yüksək olacaq
Kanye Uestin İstanbul konserti rekord qırdı
Qonşuda yanacaq bahalaşdı
Banqladeş təchizat problemləri səbəbindən yanacaq idxalını artırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər