Aİ Yaxın Şərqdəki eskalasiya səbəbindən Rusiya neftinə qoyulan qiymət tavanını dondura bilər
Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki münaqişə fonunda dünyada neft qiymətlərinin artması səbəbindən Rusiya neftinə qoyulan qiymət tavanı müvəqqəti olaraq dondurmaq imkanını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən yazıb.
Qeyd edək ki, hazırda qiymət həddi barrel üçün 44,10 dollar təşkil edir. "Bu hədd Rusiyanın "Urals" neftinin orta bazar qiymətindən 15% aşağı səviyyədə müəyyən edilir, lakin Hörmüz boğazının bağlanması ilə bağlı neft kotirovkalarının artması səbəbindən növbəti yenidən baxış tavanın barrel üçün 65 dollara qaldırılmasına gətirib çıxara bilərdi", - yazıda qabardılıb.
Agentliyin mənbələrinin sözlərinə görə, nəzərdən keçirilən variantlardan biri tavanın cari səviyyədə saxlanmasını nəzərdə tutur. Müzakirə olunan digər tədbirlər arasında Yaxın Şərqdəki vəziyyət nəzərə alınmaqla, ilin sonuna qədər avtomatik artımın dayandırılması da var.
Bu tədbir Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketinin bir hissəsi ola bilər. Aİ hazırlığı başa çatdırmağı və yeni məhdudiyyətləri iyunun əvvəlində rəsmi şəkildə təqdim etməyi planlaşdırır.
Oxşar xəbərlər
"Bloomberg": OPEC-in neft hasilatı 1990-cı ildən bəri ən aşağı səviyyəyə düşüb
Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı
"Bloomberg": Yaxın Şərqdəki müharibə səbəbindən qlobal neft ehtiyatları sürətlə tükənir
ABŞ-də neft ehtiyatları həftə ərzində 2,1 milyon barrel artıb
"S&P": Xəzər hövzəsi Yaxın Şərqdəki eskalasiya fonunda əsas enerji regionuna çevrilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
