Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapılıb
Qazaxıstanda iyulun 25-də radarlardan itərək yoxa çıxan hərbi helikopterin axtarışları zamanı hava gəmisinin parçaları və bir meyit Almatı vilayətindəki Sorbulak gölündə 14 metr dərinlikdə tapılıb.
Bu barədə “Report” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qurumdan verilən məlumata görə, peyk məlumatlarından istifadə etməklə aparılan riyazi hesablamalar sayəsində helikopterin mümkün yerinin təxmini sahəsi müəyyən edilib.
“Axtarış qrupları və xüsusi texnika bu sahəyə göndərilib. Silahlı Qüvvələrin hərbi qulluqçuları sualtı işlər zamanı təxminən 14 metr dərinlikdə helikopterin parçalarını və meyiti aşkar ediblər. Hazırda meyitin kimə aid olmasının aydınlaşdırılması prosesi davam etdirilir”, - nazirlikdən vurğulanıb.
Qeyd edək ki, iyulun 25-də Qazaxıstanın Almatı vilayətində EC-145 hərbi helikopteri radarlardan itib. Helikopterdə üç ekipaj üzvü olub.
Oxşar xəbərlər
Qazaxıstanda hərbi helikopter radarlardan itib
Qazaxıstanda qəzaya uğrayan helikopterin ekipajının axtarışları davam edir
Qazaxıstan MN: İtən helikopterin axtarışı gecə-gündüz davam edir
Rusiyada helikopterin qəzaya uğradığı yerdən 17 nəfərin meyiti tapılıb - YENİLƏNİB-1
Rusiyada "Robinson R44" helikopteri radarlardan itib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
