Braziliya ABŞ-ı ÜTT-yə şikayət edəcək
sizinxeber.az xəbər saytı

Braziliya ABŞ-ı ÜTT-yə şikayət edəcək


Braziliya hakimiyyəti məsləhətləşmələr üçün ABŞ-nin tətbiq etdiyi yeni tariflərlə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) rəsmi müraciət edib.

"Report"un məlumatına görə, bu barədə "Folha de S.Paulo" qəzeti yazıb.

Açıqlamaya görə, Braziliya hesab edir ki, rüsumlar ABŞ-nin ÜTT çərçivəsində bir sıra öhdəliklərini pozur.

Söhbət iyulun 30-da Braziliya məhsullarına rüsumların 50%-ə qaldırılması ilə bağlı fərman imzalayan ABŞ prezidenti Donald Trampın qərarından gedir.

Eyni zamanda, o, təyyarə istehsalı, enerji və bəzi kənd təsərrüfatı məhsulları daxil olmaqla, strateji sektorları əhatə edən 700 istisnanın siyahısını təsdiqləyib.

Oxşar xəbərlər

Braziliya prezidenti: Tramp özünü dünyanın imperatoru hesab etməməlidir
Ağ Evin tarifləri ləğv olunmasa, Braziliya ABŞ mallarına gömrük rüsumları tətbiq edəcək
Braziliya ABŞ-nin rüsum siyasətinə cavab hazırlayır
Lula da Silva: Braziliya ABŞ-ın əvəzinə yeni ticarət tərəfdaşları tapacaq
Lula da Silva: Trampın dollardan imtinaya görə rüsum tətbiq etmək hədələri heç kimi qorxutmur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər