Lula da Silva: Trampın dollardan imtinaya görə rüsum tətbiq etmək hədələri heç kimi qorxutmur
sizinxeber.az xəbər saytı

Lula da Silva: Trampın dollardan imtinaya görə rüsum tətbiq etmək hədələri heç kimi qorxutmur


Braziliya və onun əməkdaşlıq etdiyi ölkələr iqtisadiyyatları üçün nəyin yaxşı olduğuna özləri qərar verəcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu Braziliya Prezidenti Luis İnasiu Lula da Silva "Le Monde" nəşrinə müsahibəsində deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Trampın ticarət əməliyyatlarında dollardan imtinaya görə yüksək tariflər tətbiq edəcəyi ilə bağlı təhdidləri heç kəsi qorxutmur.

"Biz ölkələrimizin maraqlarından çıxış edərək daha ədalətli beynəlxalq ticarət üçün mübarizə aparacağıq. Bu, sadə və asan deyil. Amma ticarət əməliyyatlarımız üçün ən uyğun hesab etdiyimiz valyutanı seçmək üçün Vaşinqtondan icazə istəməkdən söhbət gedə bilməz", - Lula de Silva qeyd edib.

2024-cü ilin yanvarında vəzifəyə gəldikdən sonra Trampın təşəbbüslərini şərh edən Braziliya lideri vurğulayıb ki, o, amerikalılar tərəfindən “dünyanı deyil, ABŞ-ni idarə etmək” üçün seçilib.

Oxşar xəbərlər

Lula da Silva: Braziliya Ukrayna-Rusiya münaqişəsində bitərəf qalacaq
Lula da Silva 2026-cı ildə Braziliyada prezident seçkilərində iştirak etməyi planlaşdırır
Braziliya Venesuelaya qarşı birtərəfli sanksiyaları dəstəkləməyib
Braziliya Prezidenti xəstəxanadan buraxılıb
Lula da Silva Putinlə Ukraynada sülh nizamlanması məsələsini müzakirə etməyi planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər