Moldova ABŞ-dən ixrac rüsumlarını təxirə salmağı xahiş edib
sizinxeber.az xəbər saytı

Moldova ABŞ-dən ixrac rüsumlarını təxirə salmağı xahiş edib


Moldova ABŞ-nin ticarət nümayəndəsindən mallarına 25 % rüsumun tətbiqini təxirə salmağı və xüsusi ticarət şərtlərini müzakirə etməyi xahiş edib.

“Report” xəbər verir ki, bu barədə Moldova İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin Dövlət katibi Kristina Çeban “Radio Moldova”nın efirində bildirib.

“Biz Amerika tərəfi ilə mümkün ikitərəfli razılaşma və ya anlaşmaları müzakirə etmək üçün güzəşt müddəti, bu tariflərin tətbiqinə başlanması üçün daha uzun müddət istədik”, - o deyib.

Çebanın sözlərinə görə, ABŞ Moldovanın xüsusiyyətlərini və ikitərəfli ticarət dövriyyəsinin aşağı səviyyəsini nəzərə almalıdır. O, rüsumların şərab istehsalçılarına, şirə və digər ərzaq məhsulları ixracatçılarına mənfi təsir edəcəyini vurğulayıb.

Daha əvvəl Moldova planlaşdırılan tarifi 31 %-dən 25 %-ə endirməyə nail olub. Ötən il ABŞ Moldovanın ticarət tərəfdaşları arasında 14-cü yeri tutub, ABŞ-yə ixrac isə 40 % azalıb.

Oxşar xəbərlər

Vladimir Bolya: "Azərbaycan Moldovanın ticarət tərəfdaşları arasında 57-ci yeri tutub"
Baş nazirin müavini: Azərbaycanla Moldova iqtisadi əlaqələri daha da gücləndirilməlidir
Ceyhun Bayramov Moldova XİN-in dövlət katibini qəbul edib, siyasi məsləhətləşmələr aparılıb
Əli Əsədov Moldova Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
Azərbaycan və Moldova enerji əməkdaşlığını genişləndirməyi müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər