Azərbaycan və Moldova enerji əməkdaşlığını genişləndirməyi müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Azərbaycan və Moldova enerji əməkdaşlığını genişləndirməyi müzakirə ediblər


Azərbaycan və Moldova arasında investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, müzakirələr Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Doina Nistor görüşdə baş tutub.

“Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İllik Toplantısı çərçivəsində xanım Doina Nistor ilə görüşdük. Moldova ilə iqtisadi əlaqələrin inkişaf istiqamətlərini, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçirdik”, - o vurğulayıb.

Oxşar xəbərlər

Əli Əsədov Moldova Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
Azərbaycan ilə EBRD arasında “yaşıl enerji” barədə müzakirələr aparılıb
Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb
Ceyhun Bayramov Moldova XİN-in dövlət katibini qəbul edib, siyasi məsləhətləşmələr aparılıb
Vladimir Bolya: “Azərbaycan və Moldova arasında biznes forumları müntəzəm keçirilməlidir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər